Kimdir müqəssir? | Tramp KXDR-in neftlə təchizindən narazıdır

2017/12/24-Tramp_1514526640.png
Oxunub: 477     13:50     29 Dekabr 2017    
“KXDR-in neftlə təchiz olunmağa davam etməsindən razı deyiləm və bunda günahkar Çindir”.

Ordu.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

Tramp etiraf edib ki, Pekinlə KXDR-in nüvə-raket proqramının sonlandırılması üçün ticarət sahəsində yardıma ümid etməklə çox həlim davranıb.

“Şimali Koreyaya neft daxil olur. Mən belə razılaşmamışdım”, - deyə Tramp səsini yüksəldərək bildirib.

ABŞ prezidenti KXDR-in Çinin özü üçün də təhlükəli olduğunu qeyd edib.

“Əgər Çin bizə Şimali Koreya ilə bağlı kömək etməsə, mən dəfələrlə xəbərdarlıq etdiyim kimi davranacam. KXDR-dən nüvə təhlükəsi daxil olur və bu, Çin üçün yaxşı heç nə vəd etmir”, - deyə Tramp vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Çin   KXDR   Tramp  


Bizi "telegram"da izləyin